ABŞ senatoru Çak ŞUMERS: Azərbaycan ABŞ-ın həm çətin, həm də yaxşı günündə onunla birlikdə olan azsaylı dövlətlərdəndir

Ötən həftə Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr edilən konfransda Nyu-York ştatının Senatdakı təmsilçisi Çak Şumers də iştirak etmişdir. 
ABŞ qanunvericisi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ilə bağlı Azərbaycan xalqına və hökumətinə xoş arzularını çatdırmış, bundan sonrakı 20 ildə də Birləşmiş Ştatlar ilə Azərbaycan arasında dostluğun möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Senator Ç.Şumers çıxışında demişdir: "Burada olmağımdan məmnunluq duyur və məni dəvət etdiklərinə görə konfransın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Xüsusilə Bakıdan gələn iştirakçıları salamlamaq istəyirəm. Bu qədər geniş və əhəmiyyətli nümayəndə heyətini görmək çox xoşdur. Bir az əvvəl Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevlə söhbət edərkən o mənə xatırlatdı ki, Kapitolidə ilk görüşdüyü adam mən idim. O zaman, mən mühüm adam deyildim, konqresmen idim. Lakin o, gəlib mənimlə söhbət etmişdir. Mən bunu yüksək qiymətləndirdim. O vaxtdan bəri biz onunla möhkəm dostluq münasibətləri qurmuşuq.
Mən konfrans iştirakçılarının hamısını salamlayıram. Bəziləriniz uzun məsafə qət etmisiniz, amma bilin ki, bu məsafə yalnız məcazidir. Azərbaycan və ABŞ biri-birilərinə yaxındırlar. Biz Azərbaycan ilə möhkəm dostluq əlaqələri qurmuşuq. Sizin bizimlə İraq, Kosovo və Əfqanıstanda çiyin-çiyinə döyüşdüyünüzü heç vaxt unutmuruq. Azərbaycan ABŞ ilə həm çətin, həm də yaxşı günündə onunla birlikdə olan azsaylı dövlətlərdəndir. Biz bunu heç vaxt unutmamalıyıq.
Hamımız terrorla mübarizənin əhəmiyyətini başa düşürük. Hamımız azadlıq bəxş etməyin nə qədər vacib olduğunu bilirik. Diplomatik münasibətlərimiz 20 il əvvəl qurulmuşdur. Arzu edirəm ki, bunlar davam edərək uzunmüddətli olsun.
Bu gün biz, iki böyük demokratiya - Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin tarixini bayram edirik. Hamınıza "Xoş gəlmisiniz" deyirəm. Azərbaycan ilə uğurlu münasibətlərimizin davamlı və sarsılmaz olacağına ümid edirəm".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında