BMT Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk qətnaməsini qəbul etmişdir

Mayın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirmişdir. 
İclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmaq, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırmışlar. Əks təqdirdə, tərəflərə qarşı BMT-nin Nizamnaməsinə uyğun müvafiq tədbirlər, o cümlədən BMT-yə digər üzv dövlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi münasibətlərin tam, yaxud qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər. ABŞ tərəfindən təklif edilən və Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti "beynəlxalq sülh və sabitliyə ciddi təhdid" adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən yekdilliklə qəbul edilmişdir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında