BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçmişdir

Mayın 1-dən BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycana keçmişdir. AzərTAc BMT-nin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaqdır. Bu ay BMT Təhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir.

{nl}

BMT-nin radiosuna müsahibə verən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasına üzv olmaq və quruma sədrlik etmək Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzusu ilə əlaqədar xüsusi diskussiyalar keçirmək niyyətindədir.
AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında