AVRONEST-dən Bakıya təşəkkür məktubu

AVRONEST Parlament Assambleyasının həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk bu qurumun Bakıda keçirilmiş ikinici plenar sessiyasının yüksək səviyyədə təşkilinə görə ölkəmizə təşəkkür məktubu göndərmişlər. Azərbaycan Respublikası Milli Məclisinin üzvü, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AVRONEST PA-nın vitse-prezidenti Elxan Süleymanova ünvanlanmış məktubda deyilir:
- Azərbaycandan qayıtdıqdan sonra biz Bakıda 2-4 aprel 2012-ci ildə Milli Məclis binasında AVRONEST PA-nın ikinci plenar sessiyasının təşkilinə dəyərli dəstəyiniz və töhfənizə görə səmimi minnətdarlığımızı bildirmək istərdik. AP-nin fəaliyyət məkanlarından kənarda keçirilən ilk sessiya olduğunu nəzərə alsaq, sessiyanın çox uğurlu və səmərəli olması fikrini sizinlə bölüşmək istərdik. Bir neçə üzv və iştirakçı institutlar Azərbaycan Respublikası Milli Məclisinin səmərəli təşkilatçılığı və iştirakçılara təklif edilmiş mükəmməl iş şəraitinə görə bizi təbrik etdilər və indi bunu sizə çatdırmağa şadıq.
Siz yalnız sessiyamızın keçirilməsi üçün məkan seçiminə qərarı asanlaşdırmadınız, həm də hər iştirakçının özünü rahat hiss etməsi üçün həmin tədbirlə əlaqədar bütün təfərrüatlarla şəxsən məşğul oldunuz. Milli Məclisin xidmətləri vasitəsilə bütün iştirakçıların burada olduqları müddətdə nəqliyyatdan istifadədən tutmuş digər ehtiyacların ödənilməsinə qədər ən yaxşı və təhlükəsiz logistika şərtlərini təmin etdiyinizə görə təşəkkür edirik.
Eyni zamanda, rəsmi naharlarda, mədəni tədbir və proqramlarda iştirak imkanını yüksək qiymətləndirdik. Bütün bunlar həm bizə ölkənizin ənənələrinin zənginliyini daha yaxşı anlamağa imkan verdi, həm də müxtəlif nümayəndə heyətlərinin üzvləri arasında AVRONEST-in gələcək iş mühitinə faydalı olan qarşılıqlı anlaşma və etibarın artmasına kömək etdi.
Məktubun sonunda deyilir:
- İşimizin nəticəsi kimi, 3 aprel 2012-ci ildə AVRONEST PA-nın məktuba əlavə etdiyimiz beş qətnamə qəbul etməsini xatırlatmaqdan məmnunuq. Əmin olun ki, bu sənədləri mətnləri ilə birgə Avropa Parlamentinin Prezidentinə, Şuraya, Komissiyaya, Komissiyanın Vitse-Prezidentinə/Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Birliyinin Ali Nümayəndəsi, Avropa Xarici Fəaliyyət Xidmətinə, Aİ-na Üzv Dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə və parlamentlərinə ötürəcəyik.
Fürsətdən istifadə edərək, bir daha sizə səmimi təşəkkür edir və gələcəkdə Milli Məclislə çoxtərəfli əməkdaşlığı davam etdirməyi gözləyirik.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında