Novruz MƏMMƏDOV: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dəstək almayacağı təqdirdə qərbyönümlü mövqeyinə yenidən baxa bilər

Azərbaycan, xüsusən, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və "yeni blok"a daxil ola bilər. Trend-in "Bloomberg Bussinesweek"ə istinadən verdiyi məlumata görə, bu fikri çərşənbə axşamı Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirmişdir. O qeyd etmişdir ki,rəsmi Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyir.
Azərbaycanın artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi almasını diqqətə çatdıran Novruz Məmmədov demişdir:"Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik".
N.Məmmədovun sözlərinə görə, Azərbaycan taleyini Qərblə bağlayan yeganə dünyəvi müsəlman ölkəsidir. NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir,lakin ölkə buna cavab olaraq müsbət münasibət görmür.
Administrasiya rəsmisi daha sonra bildirmişdir ki, Azərbaycanın keçmiş sovet respublikalarını birləşdirən Müstəqil Dövlətlər Birliyinin üzvü olduğu bir vaxtda Qərblə yaxınlığı İranla münasibətlərdə müəyyən gərginlik yaradır: "İran bizə deyir: Siz neftinizi niyə Qərbə satırsınız? Siz ABŞ və İsraillə münasibətlərinizi pozmalısınız, çünki onlar bizim düşmənimizdir".
N.Məmmədov Qərbin bəzi mətbuat orqanlarını "Foreign Policy" jurnalının ötən ay ABŞ kəşfiyyatının adı çəkilməyən casuslarına istinadən Azərbaycanın guya öz aerodomlarını İrana mümkün hərbi aviazərbələrin endirilməsi üçün İsrailə təklif etməsi haqqında məlumat yaymasından sonra Azərbaycan və İran arasında gərginliyi qızışdırmağa cəhd etməkdə təqsirləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında