Səfir etimadnaməsini təqdim etmişdir

Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının Prezidenti İmoməli Rəhmona etimadnaməsini təqdim etmişdir.
Etimadnamənin təqdim edilməsi mərasimindən sonra, ikitərəfli söhbət zamanı səfir Abbasəli Həsənov Tacikistan Prezidenti İmoməli Rəhmona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını çatdırmışdır.
Səfir bildirdi ki, coğrafi uzaqlığa baxmayaraq iki dost, Azərbaycan və Tacikistan xalqları tarixən iqtisadi, ticari, elmi və mədəni əlaqələrini inkişaf etdirmişlər. Bu gün də, müstəqillik dövründə də xalqlarımız arasında bu ənənə davam etməkdədir.
Səfir A.Həsənov bildirdi ki, cari ilin mart ayının 5-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının iclasının yekununda bütün sahələr üzrə imzalanmış protokolun həyata keçirilməsi istiqamətində iş aparılır.
Prezident İmoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onun səmimi salamlarını çatdırmağı xahiş etdi və bildirdi ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac vardır. Azərbaycan-Tacikistan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini məqbul hasab edərək qeyd etdi ki, elə etmək lazımdır ki, komissiyanın növbəti iclasınadək bütün sahələr üzrə nəzərdə tutulmuş işlər həyata keçirilsin.
Daha sonra, cənab İ.Rəhmon Sovet İttifaqı dövründə Tacikistanın sənaye müəssisələrinin yaranmasında, həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər Əliyevin müstəsna xidməti və dəstəyi olduğunu xüsusi ilə qeyd etmişdir. Həmin dövrdə Heydər Əliyevin dəstəyi ilə bir çox zavod, fabrik və digər sənaye obyektləri istifadəyə verilmişdir.
Tacikistan Prezidenti cənab İ.Rəhmon xalqlarımızın talelərində oxşarlığın olduğunu və müstəqillik illərinin əvvəlindən etibarən müharibə acısını daddığını lakin Azərbaycan və Tacikistan xalqları öz müstəqilliklərini qoruyub saxlamağı bacardığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycanın inkişafı və uğurları bizi çox sevindirir.
Səfir A.Həsənov bildirmişdir ki, Azərbaycanla Tacikistanın ikitərəfli münasibətlərinin inkişafına maneə törədən başlıca amillərdən biri də iki ölkə arasında birbaşa hava əlaqəsinin olmamasıdır.
Bu istəyin, arzunun hər iki ölkədə yaşayan qarışıq ailələrin və onların çox saylı qohumlarının arzusu və istəyi olduğunu da bu yaxınlarda Azərbaycanla Tacikistan arasında ilk dəfə həyata keçirilmiş "Telekörpü" televiziya layihəsində səsləndiyini səfir A.Həsənov Prezident İ.Rəhmonun diqqətinə çatdırmışdır.
Tacikistan Prezidenti İ.Rəhmon ikitərəfli münasibətlərin inkişafında Düşənbə-Bakı təyyarə reysinin vacibliyini qeyd edərək bildirmişdir ki, o, öz tərəfindən lazımı tədbirlərin görülməsi üçün müvafiq göstəriş verəcəkdir.
Görüş səmimi şəraitdə keçmiş və məhsuldar olmuşdur.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında