Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarıdır

Filip Lefort: Bu münaqişə ilə bağlı status-kvo dəyişməli, problem tezliklə ədalətli həllini tapmalıdır

{nl}


Regionda maraqlı tendensiya yaranıb. Az qala hər gün bir dövlət və ya bir beynəlxalq təşkilat Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinin tezləşdirilməsini tələb edən bəyanatla çıxış edir. Ölkəmizin geosiyasi əhəmiyyəti, Avropa üçün xüsusi önəm kəsb edən maddi sərvətlərimiz və Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət rəsmi Bakının dostlarını gündən-günə artırır.
Azərbaycanın haqq işini müdafiə edən bəyanatları imzalamış dövlətlərin sırasında Türkiyə, Pakistan, ABŞ, Rusiya, Meksika, Kolumbiya kimi güclü dövlətlər və istisnasız olaraq bütün beynəlxalq təşkilatlar vardır. Bu yaxınlarda isə Latviyanın 21 nəfər parlamentarisi Avropa İttifaqına rəsmi müraciət edib ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə və ədalətli şəkildə həll olunsun.
Bu mövqeni ölkəmizə gələn rəsmi qonaqların hər biri nümayiş etdirir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Bakı səfəri zamanı da həmin məsələ xüsusi olaraq müzakirə edilib. Cənab Lefort həm Prezident İlham Əliyevlə, həm də Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişdirilməsi zərurətini dilə gətirib. Yəni bu məsələnin həllinin tezləşdirilməsi artıq az qala hamının gündəliyindədir. Bu isə o deməkdir ki, Ermənistan getdikcə daha çox təklənir və rəsmi İrəvanın işğalçılıq siyasəti dalana dirənir. Məhz ona görə də yüz illərin sınağından çıxmış erməni məkri özünün yeni ampulasında görünür - "Azərbaycanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllindən uzaqlaşdırmaq üçün mütləq sular bulanmalıdır". Bəs suyu necə bulandırmaq olar?
Erməni riyakarları bu sualın cavabını tapmaq üçün əvvəlcə cəbhədə hərbi əməliyyatların yenidən başlanmasını gündəliyə gətirmişdilər. Hətta, bu məqsədlə xüsusi təxribat əməlləri də törədildi. O zaman bütün beynəlxalq təşkilatların ciddi təzyiqini görən İrəvan geri çəkilmək məcburiyyətində qaldı. Çünki dünyada hamı Ermənistanı işğalçı, Azərbaycanı isə işğala məruz qalan ölkə kimi tanıyır. Hərbi əməliyyatları Azərbaycan başlayarsa, bu addım dövlətin öz ərazi bütövlüyünü bərpa etmək cəhdi kimi qiymətləndiriləcək. Ermənistanın başlayacağı təqdirdə isə İrəvan işğalçılıq siyasətini davam etdirən tərəf kimi beynəlxalq qınaqla üzləşəcək. Yəni, ilk güllələrin cəbhənin hansı tərəfindən atılmasına baxmayaraq Ermənistan dövləti günahkar kimi əsas hədəfdə olacaq. Ona görə də erməni lobbisi yeni çıxış yolu tapır - Azərbaycanın başı İranla və ya hansısa başqa bir ölkə ilə kiçik də olsa münaqişəyə qarışsın. Amma necə?
Əlbəttə, yenə də ermənisayaq fitnə, fəsad, terror və hiylə yolu ilə. Minbir bəhanə ilə Azərbaycanın İranla olan tarixi, mədəni, siyasi, iqtisadi birliklərinin üzərinə kölgə salmağa, hansısa ürək bulandırıcı addım atmağa çalışan ermənilər bu yolda da ciddi bir "uğur" əldə edə bilmədilər. Ona görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bu il aprelin 12-dən 20-dək Xəzər dənizində keçirdiyi hərbi təlimlərin guya İrana qaşı müharibəyə hazırlıq olduğunu yazmaqla növbəti bir şantaj və yalana imza atdılar. "Qolos Armenii" ("Ermənistanın səsi") qəzeti bir neçə ay əvvəl yazırdı ki, hərbi, əməliyyatlar başlayarsa erməni ordusu qısa müddət ərzində Azərbaycanın Avropa bazarına neft-qaz ixrac etdiyi kəmərləri sıradan çıxaracaq. Azərbaycan ordusunun dövri olaraq keçirilən hərbi təlimlərini diqqətlə izləyən ermənilər gördülər ki, xam xəyala qapılıblar. Ona görə də son günlər Tehranın qulağını doldurmağa çalışırılar ki, Bakıda İrana qarşı hərbi əməliyyatlar hazırlanır. "Qolos Armenii" yazır ki, Azərbaycanın nümayiş etdirdiyi hərbi güc o qədər çoxdur ki, bu, heç də neft-qaz kəmərlərinin müdafiəsi üçün hazırlanmış hərbi gücə bənzəmir. Bu qədər hərbi texnika ilə ancaq İrana qarşı çıxmaq olar.
Ucuz və uğursuz məntiqdir. Çünki Tehranda və Bakıda çox yaxşı bilirlər ki, Azərbaycanda keçirilən hərbi təlimlərin məqsədi nədir və hansı məqamlar üçün hesablanıb. Min illər tarixi olan İran dövlətinin ömrü boyu onun-bunun torpağında yaşamış, təxminən 90 il əvvəl qədim türk-oğuz torpaqlarında dövlət yaratmış ermənilərin siyasi və ya diplomatik "gedişlərinə" inanması gülünc görünür. "Qolos Armenii" bu uydurmanı dövriyyəyə buraxmaqla həm Azərbaycanın başının qarışmasına çalışır, həm də Ermənistanı aclıqdan və məhrumiyyətlərdən qurtarmaq məqsədiylə İrandan göndərilən yardımların davam etməsi üçün Tehrana yaltaqlanır. Özü də şit və iyrənc şəkildə. Bütün bunlarla yanaşı, xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, ermənilər öz tarixləri boyu bütün istəklərinə məhz belə - şit və iyrənc yaltaqlıqla nail olublar. Məhz elə həmin yaltaqlığın və rəzilliyin nəticəsidir ki, Xocalı faciəsinin ildönümünün qeyd edilməsinə icazə verməyən İran rəhbərliyi "erməni soyqırımının qurbanlarının yad edilməsinə" icazə verib.
Ermənistan rəhbərliyinin və onun ətrafında dolaşanların bu çirkin oyunları işğalçı ölkənin aparıcı müxalifət liderləri tərəfindən ciddi tənqid olunur, xalqı uçuruma aparanların istefası tələb edilir. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərtib etdiyi "Madrid prinsipləri" adlı rəsmi sənəddən imtina edən İrəvan bilavasitə ermənilər tərəfindən ağılsızlıqda ittiham olunur. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan aprelin 20-də İrəvanın mərkəzində keçirilən mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün arzu olunan yekun razılaşmanın bazası olacaq məqamlar Madrid prinsiplərində öz əksini tapır. Həmin prinsiplər Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri olan Sarkozi, Obama və Medvedev tərəfindən bəyənilib. İndi həmin prinsiplərin dəyişdirilməsi mümkün deyil. Madrid prinsipləri münaqişənin xalqların öz müqəddəratını təyinetmə hüququ və ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini təklif edir".
Levon Ter-Petrosyan erməniləri inandırımağa çalışır ki, Dağlıq Qarabağ münaqişəsi mütləq Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunacaq. Ermənilərin qazancı Dağlıq Qarabağa veriləcək statusun mahiyyətində olacaq, Qarabağa hansı status veriləcək? - biz bunu müzakirə etməliyik. İşğalçı ölkənin birinci prezidentinin fikrincə bugünki hakimiyyət və bundan sonra Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunacaq. Ona görə də Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların rolunun artması vacibdir.
Beləliklə, beynəlxalq aləmin təzyiqləri artdıqca və Azərbaycanın siyasi-diplomatik gedişləri intensivləşdikcə Ermənistan rəhbərliyi təklənir və erməni xalqı öz iqtidarına qarşı daha sərt ittihamlarla çıxış edir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında