Türkiyə imzaladığı protokolları Azərbaycan-Ermənistan problemi həll olunmadan həyata keçirməyəcəkdir

Türkiyə Baş nazirinin müavini Əli Babacan ABŞ-da Tufts Universiteti Fletçer Hüquq və Diplomatiya Məktəbində keçirilmiş konfransda Ermənistanla münasibətlərin normallaşma prosesi haqqında suallara cavabında demişdir: "Türkiyə Sürixdə imzaladığı protokolları Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan həyata keçirməyəcəkdir". 
Ə.Babacan demişdir ki, protokolların imzalanmasından əvvəl Ankara qarşı tərəfə əsas şərt kimi bildirmişdi ki, bu proses Azərbaycan ilə Ermənistan arasında davam edən danışıqlarla paralel aparılmalıdır. Biz düşündük ki, bu iki problemin həlli ilə həm Azərbaycan, həm də Türkiyənin Ermənistanla münasibətləri normallaşacaq və bölgədə sabitliyə töhfə olacaqdır. Lakin, Azərbaycan ilə Ermənistan arasında problemin həllinə hələ də nail olunmamışdır. Bu, bölgə üçün enerji və kommunikasiya xətləri baxımından yeni bir geopoloitik mənzərə yaranmasına mane olur. Türkiyə bu problemin tezliklə nizama salınmasını istəyir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında