Əli HƏSƏNOV: "Təyinat olsa, onu yaxşı qarşılayacağıq"

"Media forum" saytı ABŞ Prezidenti Barak Obamanın Azərbaycanda səfir vəzifəsinə Riçard Morninqstarın namizədliyini irəli sürməsinə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun münasibətini öyrənmişdir.
Aprelin 27-də Əli Həsənov "Media forum" saytına bildirmişdir ki, Riçard Morninqstar Azərbaycanı, o cümlədən Cənubi Qafqazı və Xəzər hövzəsini yaxşı tanıyır: "Çünki bu regionlarda reallaşdırılan və həyata keçirilməsi planlaşdırılan energetika, transmilli nəqliyyat-kommunikasiya layihələri ilə bağlı keçirilən konfranslarda, tədbirlərdə ABŞ-ı həmişə Riçard Morninqstar təmsil etmişdir. Hesab edirəm ki, bölgənin siyasi, iqtisadi, sosial durumu haqda onun informasiyası yetərincədir. O, ABŞ-ın Azərbaycandakı siyasətini, maraqlarını, enerji siyasətini, dünyanın buradakı enerji maraqlarını çox yaxşı bilən, kifayət qədər təcrübəli bir diplomatdır. Riçard Morninqstarın namizədliyinin irəli sürülməsi, təsdiqi ABŞ-ın daxili işidir, kimi istəsələr, həmin şəxsi də Azərbaycana səfir təyin edəcəklər. Səfir təyinatı Senatın təsdiqindən də keçməlidir. ABŞ-ın Bakıdakı səfiri vəzifəsinə Azərbaycanı, bölgəni yaxşı bilən diplomatın namizədliyinin irəli sürülməsini müsbət dəyərləndiririk. Təyinat olsa, onu yaxşı qarşılayacağıq".
Rəsmi Bakının ABŞ-ın yeni səfirindən gözləntisinə gəlincə, Əli Həsənov demişdir ki, xarici ölkələrin Azərbaycana təyin olunan səfirlərinə, diplomatik nümayəndəlik rəhbərlərinə ilk növbədə obyektiv olmağı arzulayırlar: "Onlar Azərbaycanı obyektiv dəyərləndirsinlər, öz ölkələrinə Azərbaycanla bağlı ən doğru, dürüst, tam təsdiqlənmiş informasiyalar versinlər, fəaliyyətləri dövründə öz dövlətləri ilə Azərbaycan arasındakı münasibətləri yaxşılaşdıracaq, inkişaf etdirəcək və hər iki tərəfin maraqlarına xidmət edəcək sahələrə daha çox diqqət yetirsinlər. Səfirlər iki ölkənin münasibətlərini pozan, bu münasibətləri mənfi istiqamətə yönəldən məsələlərlə məşğul olmamalıdırlar, belə hərəkətlərə yol verməməlidirlər.
Açığını deyim ki, son zamanlar bəzi xarici ölkələrin diplomatik missiyalarının Azərbaycandakı fəaliyyətinə qiymət verməli oluruq. Bu da təəssüf doğurur. Çünki diplomatlar bəzən subyektiv mülahizələrin təsiri altına düşürlər və öz ölkələrinə Azərbaycan haqda ən yaxşı, obyektiv informasiyanı vermirlər, müsbət rəy formalaşdırmırlar. Ona görə də yeni səfirin ilk növbədə ABŞ-Azərbaycan arasındakı münasibətlərin sözün həqiqi mənasında tendensiyasını, prioritetlərini müəyyənləşdirib həyata keçirmək sahəsində öz bacarıq və qabiliyyətindən maksimum istifadə etməsini gözləyirik".
67 yaşlı Riçard Morninqstar Dövlət Departamentində Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə vəzifəsini tutur. Vaxtilə ABŞ Prezidentinin Xəzər hövzəsində enerji diplomatiyası üzrə xüsusi müşaviri vəzifəsində çalışmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında