Azərbaycan ilə Bolqarıstan arasında iki mühüm sənəd imzalanmışdır

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov aprelin 27-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür. Baş nazirlərin təkbətək görüşü sonra geniş tərkibdə davam etmişdir. 
Baş nazir Artur Rasizadə bolqarıstanlı həmkarının başçılığı ilə Azərbaycana geniş tərkibdə nümayəndə heyətinin səfərini yüksək qiymətləndirdiyini bildirmiş, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğunu demişdir.
Baş nazir Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Azərbaycanda əldə olunmuş siyasi sabitlik iqtisadi, infrastruktur, sosial, humanitar sahələrin də sürətlə inkişafına zəmin yaratmışdır. Ölkənin iqtisadiyyatı sürətlə şaxələndirilir, neft gəlirlərindən asılılıq azaldılır, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Sürətlə inkişaf edən Azərbaycan regionda irimiqyaslı layihələr həyata keçirir. Bu cür layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu magistral cari ilin sonunda istifadəyə veriləcək və Avropa ilə Asiya arasında daşımaların artmasına imkan yaradacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmış, lakin danışıqlar nəticə verməsə, digər yollardan da istifadə olunacağını demişdir.
Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə münasibətlərin inkişafına hərtərəfli dəstək veriləcəyini deyən Artur Rasizadə ölkələrimizin tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi.
Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu dedi. Ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq mühitinin olduğunu deyən bolqarıstanlı nazir əlaqələrin daha da dərinləşdirilməsinə ümidvar olduqlarını vurğuladı.
Baş nazir Boyko Borisov Bolqarıstanın Azərbaycan ilə mədəniyyət, humanitar, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Həmçinin hər iki ölkənin turizm imkanlarının qarşılıqlı tanıdılmasının da zəruriliyi diqqətə çatdırıldı.
Baş nazir Boyko Borisov bütün sahələrdə əməkdaşlığın müzakirəsi və qarşıya qoyulmuş məsələlərin həll olunması üçün hər iki ölkənin nazirlərinin yenidən görüşünün təşkil edilməsini təklif etdi.
Sonda Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında iki sənəd - "Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" və "Fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" sazişlər imzalamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında