Litva Seyminin 21 üzvü Xocalı faciəsinin 20-ci ildюnümü ilə əlaqədar Avropa Parlamentinə müraciət etmişdir

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata gюrə, müraciəti imzalayanlar arasında Seym üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digərləri var. 
Müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının üzüntüləri ilə həmrəy olduqlarını, Yuqoslaviya dюvlətinin ərazisində müharibə cinayətləri tюrətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq, Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə etmişlər.
Litva Seyminin üzvləri Avropa parlamentarlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək Avropa Parlamentinin 20 may 2010-cu ildə qəbul etdiyi 2216 saylı Qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, bu sənəddə erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını və sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulamışlar.
Seym üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi yaddaşının tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını bəyan etmişlər.
Litva parlamentarları Avropa Parlamentinin 2216 saylı Qətnaməsinin tələblərinin ciddi şəkildə yerinə yetiriləcəyinə və bu yolla tarixi ədalətin bərpa olunacağına ümidvar olduqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında