Mübariz QURBANLI: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Ermənistana siyasi-ideoloji baxımdan ağır zərbədir

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə diplomatiyamızın növbəti uğurudur. Azərbaycanla Ermənistanın Avropa İttifaqına assosiativ üzv olması ilə bağlı danışıqlar gedir. Bu danışıqlar fonunda Avropa Parlamentinin işğal olunmuş ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, o cümlədən Ermənistandan hərbçilərin Dağlıq Qarabağa gətirilməsinin məhdudlaşdırılması və qadağan edilməsi ilə əlaqədar qətnamədə yer alan fikirlər əslində Ermənistana siyasi-ideoloji baxımdan ağır zərbədir. Bu, erməni diplomatiyasının məğlubiyyətidir". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Ermənistan KİV-ləri bu məsələni gizlətmək istəyirlər, amma fakt faktlığında qalır. Onun sözlərinə görə, Azərbaycan diplomatiyası növbəti dəfə Avropa Parlamentində qəbul edilmiş həmin sənədlə Ermənistan üzərində üstünlüyünü açıq-aydın şəkildə nümayiş etdirib.
Millət vəkilinin fikrincə, bu hadisə bizim ədalətli mövqeyimizin bir daha müdafiə olunmasıdır: "Hesab edirəm ki, bu hadisə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Bütövlükdə, Azərbaycan bütün sahələrdə üstünlüyünü nümayiş etdirməkdədir, diplomatik sahədə də üstünlüyümüz bu tipli qərarlarla özünü aydın şəkildə büruzə verir".
YAP İcra katibinin müavini Avropa İttifaqının Dağlıq Qarabağ probleminin həlli prosesinə fəal şəkildə qoşulmasının münaqişənin həllinə müsbət təsir göstərəcəyini vurğulamışdır: "Bunun üçün təşkilatın özü təşəbbüslər göstərməlidir. Eyni zamanda, Aİ-nin həll prosesinə cəlb olunması üçün BMT Təhlükəsizlik Şurasının müvafiq addımlar atması zərurəti var. Məlum olduğu kimi may ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bütövlükdə, bu quruma üzv olmağımız ölkəmizin ciddi nailiyyətidir. Sədrlik müddətində isə diplomatiyamız Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın ədalətli və beynəlxalq hüququ müdafiə etdiyini bir daha nümayiş etdirəcək. Bu, Azərbaycanın tarixində çox böyük hadisə olacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti bütövlükdə Qarabağ məsələsinin həllinə də müsbət təsir göstərməlidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında