Azərbaycan ilə İsrail arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Aprelin 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan israilli həmkarı Aviqdor Liberman ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmışdır.
Azərbaycanın iqtisadi inkişafının göz qabağında olduğunu deyən A.Liberman ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycan ilə İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti də vurğulandığı görüşdə israilli nazir ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən məmnun olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişdir.
E.Məmmədyarov israilli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə ətraflı məlumat vermişdir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında