AŞPA sədri: Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri və fransalı həmsədrlə görüşmək niyyətim var

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə qurumun sədri Jan-Klod Minyon mətbuat konfransı keçirmişdir.
AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin yenidən formalaşdırılması və gələcək fəaliyyəti ilə bağlı APA -nın Avropa bürosu əməkdaşının sualına cavab verən AŞPA sədri, bu məsələ ilə bağlı qurumun bürosunun hələ yeni qərar qəbul etmədiyini bildirmişdir:"Bu komitənin bərpası ilə bağlı vəziyyət hələ dəyişməyib və irəliləyiş yoxdur. Bu məsələ ilə bağlı büroda müzakirələr aparılmadı, mən özüm də hələlik hər hansı qərar qəbul etməmişəm. Yalnız onu deyə bilirəm ki, Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmək niyyətim var və bu mənim öz təşəbbüsümdür. Bu görüşlər ərzində biz bu komitənin gələcək taleyini hərtərəfli şəkildə müzakirə edəcəyik".
AŞPA sədri Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Ermənistan nümayəndə heyətinin yaz sessiyasında iştirak etmədiyini, odur ki, bu sessiya ərzində görüşə bilməsə də, iyun sessiyasında nümayəndə heyətlərinin rəhbərləri ilə bu məsələ ilə bağlı mütləq görüşlər keçirəcəyini vurğulamışdır.
Bundan başqa, AŞPA sədri qısa zamanda ATƏT-in Minsk qrupunun bəzi diplomatları, əsasən də fransalı həmsədrlə görüşmək niyyətində olduğunu demişdir: "Bu görüşlərdə Dağlıq Qarabağla bağlı son durumu müzakirə edəcəyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında