Milli Məclis Seçki Məcəlləsinə dəyişikliklər etmişdir

Milli Məclis Seçki Məcəlləsində dəyişiklik etmişdir. Dəyişikliyə əsasən qeydə alınmış namizədlərin adlarının, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatların açıqlanması üçün nəzərdə tutulan müddət 48 saatdan 24 saata endirilmişdir.
Digər dəyişikliklə seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Məcəllənin 112.11-ci maddəsinə edilmiş dəyişikliyə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalırsa 2 gün müddətində baxmalıdır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Seçki Məcəlləsinin 140-cı maddəsinə edilmiş dəyişikliyə görə, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Bundan əvvəl isə bu prosedur üçün 20 gün nəzərdə tutulmuşdu.
Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsini nəzərdə tutan 241-ci maddəyə edilmiş dəyişikliklə bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi üçün nəzərdə tutulan maksimum müddət 30 gündən 25 günə endirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında