Rusiyalı ekspert Aleksey VLASOV: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının uğurudur

Avropa İttifaqının Azərbaycan və Ermənistanla assosiasiyalar haqqında saziş çərçivəsində danışıqları üzrə Avropa Parlamentinin yeni qətnaməsi, heç şübhəsiz, Azərbaycan diplomatiyasının uğurudur. Bunu "Vestnik Kavkaza" Analitik İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü, politoloq Aleksey Vlasov demişdir.
"Şübhəsiz ki, Azərbaycan tərəfi mənəvi uğura çatıb. Xüsusən də qanunsuz yerləşdirmələr üzrə məsələdə", - deyə Vlasov Trend-ə bildirib.
Avropa Parlamenti "Azərbaycan və Ermənistanla assosiativ saziş çərçivəsində Aİ ilə danışıqlar üzrə qətnamə" qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə ehtiram əks olunub. Qətnamə Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qəbul olunub. Qətnamədə qeyd edilir ki, Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayanadək, ərazilər Azərbaycanın nəzarəti altına keçməyənədək, qaçqınlar öz doğma torpaqlarına qayıtmayanadək Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistanla assosiativ saziş imzalanmayacaq.
Sənəddə həmçinin göstərilir ki, bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğalı faktı, beynəlxalq prinsiplərin pozulması Aİ-nin mehriban qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və "Şərq tərəfdaşlığı" proqramına zərbə vurur. Sənəddə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yerləşdirmə faktlarının araşdırılmasının zəruriliyi qeyd edilir.
Vlasovun fikrincə, digər tərəfdən, "Şərq tərəfdaşlığı" formatının özü belə qərarların tərəflərin güzəştə getməsinə təkan verməsi, Yerevanın isə Avropa Parlamentinin qətnamələrinin yerinə yetirməsi baxımından olduqca yumşaq və formasız görünür.
"Artıq "Şərq tərəfdaşlığı"nın son sammitində söhbət Cənubi Qafqaz problemlərindən düşən kimi Avropa bürokratlarının ifadələrinin olduqca dumanlı və qeyri-konkret olması aydın görünürdü. Bu bəyanatlar Yerevanı nə qədər "qorxuda" bilər? ", - deyə ekspert qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında