Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik qazanılan uğurların əsasıdır

Aprelin 21-də Səbael Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış etmişdir.
Ə.Əhmədov demişdir ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik sosial-iqtisadi inkişafın və beynəlxalq aləmdə qazanılan uğurların əsasını təşkil edir. Ona görə də ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması olduqca vacibdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşmasına və Azərbaycanın dünyada layiqli yer tutmasına yönəldilmişdir. Bu siyasət artıq öz bəhrələrini verməkdədir. Azərbaycanda hər il əmək haqları, pensiya və müavinətlər artırılır, geniş abadlıq-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır ki, bunlar da insanların həyat şəraitini yaxşılaşdırır. Bütün bunlarla yanaşı, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi onun beynəlxalq aləmdəki siyasi nüfuzunun artmasından xəbər verir.
Ə.Əhmədov bildirmişdir ki, cəmiyyətin aparıcı və ən böyük sosial bazaya malik siyasi qüvvəsi olan YAP-ın müasir Azərbaycanın inkişafında danılmaz xidmətləri vardır. Partiya konstruktiv mövqeyi ilə siyasi həyatda fəal rol oynayır və öz fəaliyyətini daha da gücləndirməlidir.
Sonra YAP-nın rayon və şəhər təşkilatlarının sədrləri çıxış etmişlər. Toplantıda ötən müşavirədən keçən müddətdə görülən işlərə nəzər salınmış və qarşıda duran məsələlər müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında