Əli HƏSƏNOV: "İdrak Abbasovun Sulutəpədə təzyiqə məruz qalmasını pisləyirik"

"İdrak Abbasovun Sulutəpədəki söküntülər zamanı təzyiqə məruz qalmasını pisləyirik. Jurnalistin yerindən, situasiyadan asılı olmayaraq, öz peşə funksiyasını yerinə yetirmək imkanı olmalıdır".
Bu fikri APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Onun sözlərinə görə, hadisə araşdırılır: "Lakin indiyə qədər verilən açıqlamalardan mənim anladığıma görə, onun orda döyülməsi məhz jurnalist olduğuna görə baş verməyib. Sadəcə olaraq, söküntü prosesindəki anlaşılmazlıq nəticəsində insident yaranıb. Bu hadisə müdafiə olunanla söküntünü həyata keçirmək istəyən arasında çəkişmə zəminində baş verib".
Ə. Həsənov hadisənin ölkədə söz, mətbuat azadlığına basqı kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirmişdir: " Bu, qətiyyən Azərbaycanda söz, mətbuat azadlığına basqı deyil. Bu, bəzi mətbuat orqanlarının qələmə verdiyi kimi mətbuatla hakimiyyət arasındakı qarşıdurma da deyil. Azərbaycanda söz, mətbuat azadlığı Konstitusiya normasıdır, Azərbaycan hakimiyyəti də bunu qoruyur, bundan sonra da qoruyacaq. Azərbaycan hakimiyyəti söz, mətbuat azadlığının qarantıdır, bundan sonra da belə qalacaq".
Administrasiya rəsmisi jurnalistlərin bu tipli aksiyalarda iştirak edərkən öz geyim və davranışları, seçdikləri yer, həyata keçirdikləri fəaliyyətlə hadisələrin iştirakçılarından fərqlənmələrinin vacib olduğunu bildirmişdir: "Bu ona görə lazımdır ki, qayda-qanun yaradan, söküntü prosesi aparanlar da jurnalistlə hadisə iştirakçısını fərqləndirə bilsinlər. Belə aksiyaları işıqlandıran jurnalistlərin ayrıca forma geyinmələri, hadisələrə müdaxilə etməmələri, iştirakçılara qarışmamaları vacibdir".
Ə. Həsənov hazırda məsələnin araşdırıldığını vurğulamışdır: "Hadisənin hansı şəraitdə baş verdiyi, kimin tərəfindən törədildiyi, onların İdrak Abbasovun jurnalist olub-olmadığını bilib-bilməmələri araşdırılır. Lakin dünən ARDNŞ-in əməkdaşlarının açıqlamasından belə bəlli oldu ki, bu hadisəni törədənlər onun jurnalist olduğunu bilməyiblər. Onların dediyinə görə, İdrak Abbasovun yaxın qohumlarının oradakı qanunsuz tikililəri sökülürmüş, o da onları müdafiə etmək məqsədilə ora gəlibmiş, bu müdafiə fonunda da qarşıdurma yaranıb. İstənilən halda Neft Şirkəti araşdırma aparır, nəticə haqqında məlumat veriləcək".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında