Azərbaycan Avropa strukturları ilə səmərəli əməkdaşlıq edir

Azərbaycanın Avropaya inteqrasiyası sahəsində böyük layihələri mövcuddur. Bu sözləri aprelin 19-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov vurğulamışdır ki, Azərbaycan Avropa strukturları ilə səmərəli əməkdaşlıq edir. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bu əməkdaşlıq daha da möhkəmlənir. Ancaq Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrimizin daha da gücləndirilməsinə ehtiyac vardır.
Assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnaməyə münasibət bildirən Ə.Əhmədov demişdir ki, bu sənədin qəbul edilməsi ilə Azərbaycan tarixi irəliləyişə nail olmuşdur.
Bu qətnamənin qəbul olunması Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının daha da genişləndirilməsinə təkan verəcəkdir.
Qətnamənin qəbul olunmasını Avropa İttifaqının Qafqaz siyasətinin genişlənməsi üçün əlamətdar hadisə kimi qiymətləndirən Ə.Əhmədov vurğulamışdır ki, son illər Azərbaycan özünü Avropa ölkələrinin etibarlı tərəfdaşı olduğunu sübut etmişdir. Bu da belə bir sənədin imzalanmasına səbəb olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında