Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etmişdir

Avropa Parlamenti "Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş çərçivəsində Aİ ilə danışıqlar üzrə qətnamə" qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə ehtiram əks olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.Onun sözlərinə görə, qətnamə çərşənbə günü Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qəbul olunub.
Qətnamədə qeyd edilir ki, nə qədər ki Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayıb, ərazilər Azərbaycanın nəzarəti altına keçməyib, qaçqınlar öz doğma torpaqlarına qayıtmayıb, Avropa İttifaqının "Şərq tərəfdaşılığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş imzalanmayacaq.
Qətnamədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil bəyanatının ayrı-ayrı məqamları və Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsi öz əksini tapıb.
E. Abdullayev qətnamənin qəbul edilməsini Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamənin qəbul edilməsi təsdiq edir ki, dünya ictimaiyyəti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.Sənəddə həmçinin göstərilir ki, bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğalı faktı, beynəlxalq prinsiplərin pozulması Aİ-nin mehriban qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və "Şərq tərəfdaşlığı" proqramına zərbə vurur.Qətnamədə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yerləşdirmə faktlarının araşdırılmasının zəruriliyi qeyd edilir və Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə nizami ordunun çağırışçılarının göndərilməsinin dayandırılması tələb olunur. E.Abdullayev Azərbaycanın etimad addımlarının həyata keçirilməsi ilə bağlı mövqeyinin alqışlandığını qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında