Ukrayna Ali Radasının sədri Vladimir Litvin Azərbaycana rəsmi səfərə gəlmişdir

Ukrayna Ali Radasının sədri Vladimir Litvin aprelin 18-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
V.Litvin aeroportda jurnalistlərə müsahibəsində demişdir ki, Azərbaycan ilə Ukrayna dost ölkələrdir. Bu gün münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Məqsədimiz bu əlaqələri daha da genişləndirmək və möhkəmləndirməkdir.
Səfər çərçivəsində Azərbaycanın və Ukraynanın qanunverici orqanları arasında, eləcə də iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.
V.Litvin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini yüksək qiymətləndirmiş, Kiyevin bu məsələdə rəsmi Bakını dəstəkləməsinin dostluğumuzun bariz nümunəsi olduğunu bildirmişdir.
Səfər çərçivəsində V.Litvinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında