Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis və onu müşayiət edən qonaqlarla görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin sədri onu Azərbaycanın qədim diyarı olan Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.
Ölkəmizin Avropa Şurasına üzv seçilərkən Vitautas Landsbergisin Azərbaycanın mövqeyini dəstəkləməsinin əhəmiyyətini qeyd edən Ali Məclisin sədri demişdir ki, Avropaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da özünün muxtar dövlət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində təmsil olunur. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi vasitəsilə qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə birbaşa əlaqələr yaradan və səmərəli əməkdaşlıq edən muxtar respublika Avropa siyasətinin formalaşması və həyata keçirilməsi prosesində yaxından iştirak edir.
Azərbaycan-Litva əlaqələrinə də toxunan Ali Məclisin sədri hər iki ölkə rəhbərinin səyləri ilə münasibətlərin yeni mərhələdə yüksələn xətlə inkişaf etdiyini bildirmişdir.
Səmimi görüşə görə minnətdarlığını bildirən qonaq böyük şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin Vətənində - Naxçıvanda olmaqdan məmnunluğunu bildirmiş, Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olan bu diyarının böyük şəxsiyyətlər yetirdiyini qeyd etmişdir. Vitautas Landsbergis demişdir ki, Azərbaycan bu gün dünya birliyində islahatçı, davamlı inkişaf edən və uğurlu xarici siyasət həyata keçirən ölkə kimi tanınır. Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. Vitautas Landsbergis bundan sonra da Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının Avropa strukturları ilə əlaqələrinin genişlənməsi istiqamətində səyini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas görüşdə iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında