Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq üçün yeni imkanlar" konfransı

Aprelin 13-də Bakıda "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq üçün yeni imkanlar" adlı konfrans keçirilmişdir. Konfrans NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniyanın səfirliyi tərəfindən Alyansın mənzil-qərargahı və ölkəmizdəki Beynəlxalq Məktəbi ilə birgə təşkil olunmuşdur. 
Tədbirin keçirilməsinin məqsədi bu il NATO-nun Çikaqoda keçiriləcək sammitinin gündəliyində olan ən vacib məsələlərə Azərbaycan ictimaiyyətinin münasibətini öyrənmək, konfrans iştirakçılarına zirvə görüşündən əvvəl əlaqədar məsələlər üzrə təkliflərini irəli sürmək imkanı yaratmaqdır.
Konfransda Azərbaycanın Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, NATO Beynəlxalq Katibliyinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Azərbaycan Diplomatik Akademiyasının, Bakı Dövlət Universitetinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu NATO-nun Çikaqo sammitinin alyansın üzvləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağını vurğulamışdır. Diplomat NATO yüklərinin Əfqanıstana daşınması prosesinə verdiyi töhfəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Azərbaycanın Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov Çikaqo sammitinin alyans ilə tərəfdaş ölkələr arasında strateji əlaqələr istiqamətlərini müəyyənləşdirməyə imkan verəcəyini diqqətə çatdırmışdır. Azərbaycan-NATO əlaqələrinin tarixinə toxunan R.Nəcəfov seminarların və təlimlərin keçirilməsinin, NATO standartlarına uyğunlaşma sahəsində əməkdaşlığın vacibliyini, Çikaqo sammitində qəbul ediləcək qərarların gələcək əməkdaşlığa təkan verəcəyini qeyd etmişdir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xarici İşlər Nazirliyinin təhlükəsizlik məsələləri idarəsinin rəis müavini Qaya Məmmədov və başqaları NATO-Azərbaycan münasibətlərinin inkişafı baxımından tədbirin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan-NATO münasibətləri ölkəmizin alyansın sülhməramlı əməliyyatlarında iştirakı, NATO standartlarının tətbiqində təşkilatın dəstəyi və digər sahələrdə davam edir.
Sonra konfransda məruzələr dinlənilmiş, təkliflər verilmiş və müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında