Azərbaycanın daimi nümayəndəliyi qondarma "Dağlıq Qarabağ Respublikası baş naziri"nin BMT-də rəsmi görüşlər keçirməsi barədə məlumatı araşdırmışdır

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi özünü qondarma "Dağlıq Qarabağ Respublikasının baş naziri" kimi təqdim edən Ara Arutunyanın guya 2009-cu ilin noyabrın 18-də BMT-nin binasına daxil olması və orada rəsmi görüşlər keçirməsi barədə bir müddət əvvəl erməni KİV-lərində yayılmış məlumatla əlaqədar araşdırmalar aparmışdır.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, daimi nümayəndəliyimiz BMT-nin müvafiq qurumlarından məsələ ilə bağlı rəsmi məlumat əldə etmişdir.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Ara Arutunyan adlı şəxsə BMT-nin binasına müvafiq qurumlar tərəfindən heç bir buraxılış sənədi verilməmişdir. Bu şəxs heç bir iclasda iştirak etməmiş və onunla heç bir rəsmi görüş keçirilməmişdir.
BMT-nin binasının bir hissəsi turistlər üçün açıq olduğundan, A.Arutunyanın Ermənistan vətəndaşı sənədi ilə adi turist və ya tələbə kimi binaya daxil olması isə istisna olunmamışdır. Bununla da, erməni KİV-lərində yayılmış məlumatın uydurma olması müəyyən edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında