Roland KOBİA: Transxəzər layihəsinin reallaşmasının hüquqi bazasının yaradılmasına dair üçtərəfli danışıqların növbəti raundu Brüssel və ya Vyanada keçiriləcək

Bu layihə yalnız Azərbaycana və Türkmənistana aid olan məsələdir və heç kim bu məsələyə qarışmamalıdır
"Avropa Birliyinin Cənub Dəhlizi layihəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz əvvəlki kimi bu layihəni ən qısa müddətdə, ləngimədən reallaşdırmaq istərdik". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.
Türkiyə ilə Azərbaycan arasında ötən ay TANAR layihəsi üzrə nəzərdə tutulan imzalanmanın təxirə salınması ilə bağlı sualı cavablandıran Kobia bildirib ki, Avropa Birliyi qitəyə qaz nəql edəcək istənilən enerji layihələrini dəstəkləyir: "O ki qaldı, TANAR layihəsinə eşitdiyimizə görə, bununla bağlı saziş hələlik imzalanmayıb, lakin ümid edirik ki, bu layihə ilə bağlı ən yaxşı qərar tapılacaq. TANAR-ın Avropaya qaz nəqlini təmin edəcək xüsusiləşdirilmiş infrastruktur olması bizim üçün çox vacibdir. İkincisi bu layihəni Azərbaycan gələcəkdə daha böyük həcmdə qaz satmağa başladıqda, Türkmənistan Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qaz nəql etdikdə inkişaf etdirmək də olar. Bu, həm Azərbaycana, həm Avropaya sərf edən boru kəməridir. Biz, Avropa bazarları və ARDNŞ ümumi məqsədləri bölüşürük".
Səfir qeyd edib ki, hansı layihəni reallaşdırmağı tərəflər müəyyənləşdirməlidir: "Burada kommersiya məsələləri də var. Avropa Birliyi bu məsələlərə müdaxilə etmək niyyətində deyil".
Transxəzər boru kəmərinin reallaşmasının hüquqi bazasına dair müzakirələri şərh edən Roland Kobia bildirib ki, danışıqlar davam edir: "Bu, normaldır, çünki müəyyən vaxt lazımdır. Sonuncu raund bir neçə həftə əvvəl keçirilib və müəyyən irəliləyişlərə nail olunub. Danışıqların növbəti raundu yaxın həftələr ərzində Brüesseldə və ya Vyanada keçiriləcək. Biz danışıqlarda həm Azərbaycanın, həm də Türkmənistanın iştirakını alqışlayırıq. Transxəzər boru kəmərinin Azərbaycanla Türkmənistan arasında ikitərəfli məsələ olduğunu və bu kəmərin tikintisinin heç bir hüquqi və ekoloji problem yaratmayacağına dair ARDNŞ-in açıqlamasını alqışlayırıq. Düşünürük ki, bu layihə iki ölkəyə aid məsələdir və heç kim bu məsələyə qarışmalı deyil. Artıq Xəzərdə minlərlə kilometr boru kəmərləri var, düşünmürük ki, Transxəzər boru kəməri Xəzərin ekologiyasına ciddi təsir edəcək".
Səfir qeyd edib ki, heç bir layihə digərinə qarşı çevrilməyib: Bu kimi layihələr Azərbaycanın, Türkmənistanın və Avropanın xeyri üçün həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında