Aleksandr QRUŞKO: Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr yaradılmasından keçən iyirmi il ərzində çox böyük iş görülmüşdür

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko verdiyi məxsusi müsahibəsində demişdir: "Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyini qeyd etdiyimiz bu günlərdə Rusiya-Azərbaycan münasibətləri ilə peşəkar səviyyədə məşğul olan hər kəs məmnunluq hissi keçirilir, çünki tarixən qısa müddətdə çox möhtəşəm işlər görülmüş, böyük işlərin təməli qoyulmuşdur".
A.Qruşkonun sözlərinə görə nisbətən qısa müddətdə bütün istiqamətlərdə ciddi nəticələr əldə edildiyini söyləmək olar. Rusiyalı diplomat demişdir: "Bu, ticari-iqtisadi əlaqələrə də aiddir. Əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dolları keçmişdir. Bizim hüquqi bazamız yaxşı inkişaf edir. Bu günə qədər 150-dən artıq ikitərəfli saziş imzalanmış və qüvvəyə minmişdir. Sərhədlərin delimitasiyası ilə bağlı çox mürəkkəb və incə bir problemi həll edə bilmişik. Bu gün bizim əməkdaşlığın daha bir vasitəsinə çevrilən sərhədlər xalqlarımızı bir-birinə yaxınlaşdırır. Ən başlıcası isə, əlbəttə, bizim müştərək mədəni və tarixi əlaqələrimizdir. Xalqlarımız bütün sahələrdə böyük uğurlar qazanmışdır. Bizim birlikdə keçdiyimiz tarixi yol, Böyük Vətən müharibəsində qazandığımız qələbə - bunlar gələcəkdə də xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edəcək amillərdir. Əlbəttə, bu gün dünya dəyişir, dövlətlərarası münasibətlərin xarakteri də dəyişir. Lakin xalqlarımızın müştərək tarixi kökləri ilə, dilimizlə bağlı qarşılıqlı rəğbət resursu daim qalacaqdır".
Aleksandr Qruşko vurğulamışdır ki, iki ölkə prezidentlərinin səmimi dostluq münasibətləri qarşılıqlı əlaqələrin ən mühüm elementidir. O demişdir: "Ən başlıcası, hamımız bir-birimizi başa düşürük, biz bir koordinat sistemindəyik və eyni dildə danışırıq. Mənim fikrimcə, həyatda gələcəkdə də üzləşəcəyimiz müəyyən problemlərə, qlobal kontekstlə, maliyyə-iqtisadi böhranla, ölkələrimizin inkişaf xüsusiyyətləri ilə bağlı çağırışlara baxmayaraq, bizim ümumi sərvətimiz, ölkələrimizin rəhbərləri arasında yaranmış əla münasibətlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da durmadan inkişafına təminat verəcəkdir".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri  
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında