Valentina MATVİYENKO: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətlərin ərazi bütövlüyü prinsipindən çıxış edir

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün bütün lazımi səyləri göstərir. Prezident Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bir neçə dəfə üçtərəfli görüşləri keçirilmişdir və bütün tərəfləri qane edəcək həll yolunun tapılması müzakirə olunmuşdur.
Bu sözləri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədovla görüşdən sonra keçirdiyi mətbuat konfransında demişdir.
Rusiya Federasiya Şurasının sədri bildirmişdir ki, O.Əsədovla keçirdiyi görüşdə münasibətlərin inkişaf perspektivləri, hər iki ölkənin regionları arasında əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentlərin roluna dair sualını cavablandıran V.Matviyenko demişdir ki, Rusiya bu məsələdə BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində hərəkət edir və beynəlxalq hüquq normalarını əsas götürür. Prezidentlərin Soçi görüşü çox səmərəli keçmişdir. Üçtərəfli bəyanat imzalanmışdır. Fikrimcə, bu bəyanat problemin həlli formatının axtarışını sürətləndirəcəkdir. Biz, eyni zamanda, münaqişənin həllində parlamentlərin rolunun artırılmasını istəyirik. Düşünürük ki, problemin ədalətli həllinə nail olmaq üçün, ilk növbədə, etimad mühiti formalaşmalıdıır. Hesab edirik ki, bu məsələdə parlamentlərin rolu da məhz bundan ibarət olmalıdır.
Federasiya Şurasının sədri bildirmişdir ki, ATƏT-in Minsk qrupunun potensialı tükənməmişdir. Rusiya həmsədr ölkə kimi bütün tərəfləri qane edəcək qərarların tapılmasında təşəbbüslərini davam etdirəcəkdir. Biz bu məsələdə beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə əsaslanırıq. Düşünürəm ki, bu prinsipdən çıxış etsək, istənilən halda münaqişənin həlli yolu tapılacaqdır. Çünki bu məsələ təkcə iki ölkə qarşısında deyil, bütün regionun qarşısında əsas vəzifə kimi durur.
Milli Məclisin sədri Oqtay Əsədov isə demişdir ki, bu günədək münaqişənin həllində etimad mühitinin yaradılması üçün biz mədəniyyət, elm xadimlərinə dəstək vermişik. İndi də parlament diplomatiyasının inkişafına çalışırıq və hesab edirik ki, qarşı tərəf də bu işdə fəallıq göstərməlidir.
Qəbələ Radiolokasiya Stansiyasının (Qəbələ RLS) icarə müddətinin uzadılması haqqında Rusiya ilə Azərbaycan arasında aparılan danışıqların gedişinə toxunan V.Matviyenko demişdir ki, danışıqlar problemsiz davam etdirilir. Hər iki dövlətin Xarici İşlər və Müdafiə nazirlikləri arasında bir neçə mərhələdə danışıqlar keçirilmişdir. Mən əminəm ki, Qəbələ RLS ilə bağlı razılıq əldə olunacaqdır. Rusiya da, Azərbaycan da bunda maraqlıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında