Elnur ASLANOV: Biz bu mübarizə və təbliğatı Dağlıq Qarabağın son qarışı erməni işğalından azad olunana qədər davam etdirəcəyik

"Dağlıq Qarabağ problemi ilə bağlı təbliğatın aparılması Azərbaycanın hər bir vətəndaşının, o cümlədən xaricdə təhsil alan tələbələrin də borcudur".
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov Budapeştdə keçirilən "Mən gənc səfirəm" ASAİF Forumunda çıxışı zamanı deyib.
O Azərbaycanın münaqişənin həllinə dair mövqeyini açıqlayıb: "Azərbaycanın qəbul etdiyi yeganə norma bundan ibarətdir ki, biz bu təbliğat və mübarizəni Dağlıq Qarabağın son qarışı erməni işğalından azad olunana qədər davam etdirəcəyik. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan torpağı olaraq da qalacaq. Bu həqiqət heç bir halda dəyişməyəcək. Bu ədalətin bərpa olunması üçün mübarizəmizdən heç bir zaman əl çəkməyəcəyik. Biz sülhsevər mübarizə aparırıq. Bu mübarizəni torpağımız uğrunda aparırıq və dünya bu cür bilməli və qəbul eləməlidir. Biz istəyirik ki torpaqlarımız insanların qanı tökülmədən azad olunsun. Nə biz tərəfdən, nə də qarşı tərəfdən itkilər olmasın. Ona görə də Azərbaycan illərdir ki davamlı olaraq özünün sülhsevər siyasətinə sadiq qalır. Amma hər zaman belə davam etməyəcək. Biz növbəti forumlarımızı Qarabağda, Şuşada, Xankəndində keçirə bilməsək, o zaman bu yol fərqli olacaq. O zaman bu yol Ali Baş Komandanın əmrindən keçəcək. O zaman siz gənclər bu əmrin icraçısı olmalısınız".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında