Hillari Klinton Azərbaycan və Ermənistanı snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırmışdır

"Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferini daha da yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs rejimini daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq".
APA-nın yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Kaliforniyadan olan konqresmen-deputat Hovard Bermanın yazılı sorğusunu belə cavablandırmışdır.
Hillari Klinton qeyd etmişdir ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi yenə də münaqişə tərəflərinə problemi nizamlamaq və sülh sazişinə nail olmaq üçün yardım göstərmək siyasətinə sadiqdir.
O, həmçinin bildirmişdir ki, tərəflər proqnozlaşdırılmayan nəticələrdən qaçmaq üçün verdikləri bəyanatlarda diqqətli olmalıdır: "Bir daha bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və yalnız sülh nizamlanması regiona təhlükəsizlik, stabillik və barışıq gətirə bilər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında