Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yerli demokratiyanın inkişafına xüsusi önəm vermişdir

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 5-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşdür. 
Z.Əsgərov demişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yerli demokratiyanın inkişafına xüsusi önəm vermişdir. Bu məsələ 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında da təsbit olunmuşdur. İki il əvvəl referendumla Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə bələdiyyələrin səlahiyyətləri artırılmışdır. Konstitusiyanın tələblərinin reallaşdırılması istiqamətində xeyli iş görülmüş, yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən müxtəlif qanunlar qəbul olunmuşdur. Bu sahədə Avropa Xartiyasının tələblərinin yerinə yetirilməsi istiqamətində də müvafiq addımlar atılır. Bələdiyyələrin müstəqilliyinin təmin olunması ilə yanaşı, onların dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsinə imkanlar yaradılmışdır.
Nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosle-Mörnström demişdir ki, qurumun monitorinq qrupunun üzvləri sonuncu dəfə Azərbaycanda 2003-cü ildə olmuşdur və monitorinq aparmışlar. Ötən müddət ərzində ölkə xeyli dəyişmişdir. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinin budəfəki səfərinin məqsədi Azərbaycanda yerli demokratiyanın, bələdiyyələrin inkişafı ilə maraqlanmaq, Konqresin monitorinq qrupunun verdiyi tövsiyələrin necə yerinə yetirilməsi ilə tanış olmaqdır. Bununla əlaqədar bir sıra hökumət və qeyri-hökumət təşkilatlarında görüşlər keçiriləcəkdir. Səfərin sonunda hesabat hazırlanacaq və iyunda monitorinq komitəsində müzakirəyə çıxarılacaqdır.
Hesabat qurumun oktyabrda keçiriləcək sessiyasında qəbul olunacaqdır.
Sonra görüşdə Azərbaycanda, regionda və dünyada yerli özünüidarəetmə sahəsində hüquqi baza, mövcud problemlər və onların həlli yolları, bu sahədə əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında