Azərbaycan-Ukrayna münasibətləri strateji xarakter daşıyır

Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarov aprelin 4-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür. 
Milli Məclisin sədri bu səfərin dövlətlərarası münasibətlərimizin inkişafına müsbət təsir göstərəcəyini söyləmişdir. Bildirilmişdir ki, Azərbaycan və Ukrayna xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz həyatın bütün sahələrində müvəffəqiyyətlə inkişaf edir. Dövlətlərimizin başçılarının və yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaratmışdır.
O.Əsədov siyasi dialoqla yanaşı, iqtisadi, humanitar sahələrdə də əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini vurğulamış və bildirmişdir ki, iqtisadi əlaqələr üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsinin yüksəlməsinə, iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Biz gələcəkdə bu sahədə daha böyük nailiyyətlər əldə etmək niyyətindəyik.
O.Əsədov parlamentlər səviyyəsində əlaqələrin inkişaf perspektivlərindən söz açmış, deputatlarımızın ATƏT PA, AŞ PA, QİƏT Parlament Məclisinin tədbirlərində, o cümlədən Avronest PA-nın Bakıda keçirilmiş sessiyasında təqdirəlayiq fəaliyyət göstərdiklərini bildirmişdir. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Dağlıq Qarabağ münaqişəsindən söz açan O.Əsədov problemin həllində rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Ukrayna xalqına və dövlətinə minnətdarlığını bildirmişdir.
Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirmişdir.
Baş nazir müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətləri xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, bu il 20 ili tamam olan Ukrayna-Azərbaycan diplomatik əlaqələri yüksək səviyyədədir. Ukrayna Azərbaycan ilə siyasi dialoqu davam etdirməkdə, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır və təqdirəlayiq haldır ki, münasibətlərimiz strateji xarakter daşıyır. N.Azarov dövlətlərarası əməkdaşlığın daha da inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etmişdir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında