Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmət və səmimi dostluğa əsaslanır

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov aprelin 4-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.
Milli Məclisin sədri demişdir ki, Azərbaycan ilə Rusiya münasibətlərinin çox dərin kökləri vardır. Əlaqələrimiz qarşılıqlı hörmət və səmimi dostluğa əsaslanır. Ölkələrimiz arasında dialoq bütün sahələr üzrə inkişaf edir.
Bildirilmişdir ki, münasibətlərimizin ən yeni tarixi 1992-ci ilin aprel ayından başlayır. Bu il diplomatik münasibətlərimizin 20 ili tamam olmuşdur. O.Əsədov əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. Qeyd olunmuşdur ki, bu günədək Azərbaycan ilə Rusiya arasında 150-dən çox sənəd imzalanmışdır. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Hazırda Azərbaycanda 500-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Ölkələrimizin regionları arasında da mehriban dostluq münasibətləri vardır. Azərbaycanda rus dilinə maraq böyükdür və əksər məktəblərdə rus dili ayrıca tədris olunur.
Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş və bildirmişdir ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir, deputatlarımız bütün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verən O.Əsədov Rusiyanın bu problemin nizamlanması sahəsində səylərini qiymətləndirmişdir. O, rəsmi Moskvanın münaqişənin həllindəki rolunu daha da artıracağına əminliyini ifadə etmişdir.
Sergey Lavrov Rusiya ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafından razılığını bildirmiş və demişdir ki, həqiqətən də ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu isə təkcə Azərbaycan-Rusiya münasibətlərinin inkişafında deyil, həm də Cənubi Qafqazda sabitliyin bərpasında mühüm rol oynayır.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri demişdir ki, Azərbaycan ilə Rusiya arasında investisiyaların qorunmasına dair yeni sənəd hazırlanmışdır. Bu sənədin hər iki ölkənin parlamentində təsdiqi iqtisadi-ticarət dövriyyəsinin artımına təkan verəcəkdir.
S.Lavrov dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu barədə deyilən fikirlərlə razı olduğunu, deputatlarımızın təkcə dostluq qrupları çərçivəsində deyil, MDB PA, ATƏT PA, AŞPA və digər beynəlxalq təşkilatlarda da faydalı əməkdaşlıq etdiklərini bildirmişdir. O demişdir ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh yolu ilə həllində maraqlıdır və bunun üçün səylərini artıracaqdır.
Sonra görüşdə regionda və dünyada gedən proseslər, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında