Əli HƏSƏNOV: Azərbaycanın hər hansı ölkənin xüsusi xidmət orqanlarının köməyinə ehtiyacı yoxdur

Rəsmi Bakı "Eurovision" mahnı yarışmasında təhlükəsizliyin İsrailin kəşfiyyat orqanı olan MOSSAD tərəfindən qorunacağı barədə bəzi xarici KİV-lərdə gedən məlumatı həqiqətə uyğun saymır.
"Azərbaycanın hər hansı ölkənin, o cümlədən də İsrailin xüsusi xidmət orqanlarının köməyinə ehtiyacı yoxdur. "Eurovision" müsabiqəsi zamanı təhlükəsizliyi Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları qoruyacaq", - bu sözləri bazar ertəsi Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Əli Həsənov bildirmişdir ki, "Eurovision" müsabiqəsi zamanı təhlükəsizliyin qorunması üçün Azərbaycanın hər cür imkanı var:
"Azərbaycanın özünün çox güclü, hər cür imkana malik olan xüsusi xidmət orqanları var. MOSSAD-ın isə Azərbaycanda hər hansı gizli bölümü, xüsusi qrupu yoxdur. Bizim bütün əlaqələrimiz, əməkdaşlıq etdiyimiz ölkələrlə qarşılıqlı münasibətlərimiz şəffafdır və bu münasibətlər qonşu dövlətlərə, xüsusilə də İrana qarşı yönəlməyib, bundan sonra da yönəlməyəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında