Rusiya Xarici İşlər Nazirliyi: "Azərbaycanı Cənubi Qafqaz və Xəzər regionunda strateji tərəfdaşımız sayırıq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb. APA-nın Rusiya XİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, Baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. 
Xarici işlər nazirlərinin görüşündə gündəmdə olan ikitərəfli məsələlərin bütün spektri, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Nazirlər Rusiya və Azərbaycanın ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığının durumu barədə fikir mübadiləsi aparacaqlar. Bundan başqa regionlararası və sərhədyanı əməkdaşlıq, münasibətlərin humanitar tematikası, Dağlıq Qarabağ münaqişəsi, Xəzərin hüquq statusu da əsas müzakirə mövzuları arasında yer alacaq. Sergey Lavrov və Elmar Məmmədyarov Xəzərin hüquqi statusunu tənzimləyəcək Konvensiyanın hazırlanması işini dəyərləndirəcək, sahilyanı ölkələrin iqtisadi əməkdaşlığını inkişafı üçün münbit şəraitin yaradılması ilə bağlı təklifləri nəzərdən keçirəcəklər. Danışıqlarda regional və beynəlxalq təşkilatlarda çoxtərəfli qarşılıqlı fəaliyyət imkanlarının dərinləşməsi, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ilə əlaqədar kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Moskva Azərbaycanı Cənubi Qafqaz və Xəzər regionunda öz strateji tərəfdaşı sayır: "Azərbaycanla münasibətləri bərabərhüquqlu əsaslarda, dinc qonşuluq siyasəti yürütməklə, bir-birimizin maraqlarına hörmətlə yanaşmaqla inkişaf etdiririk. Yüksək səviyyəli mütəmadi təmaslar çoxtərəfli, qarşılıqlı əməkdaşlığa zəruri dinamika verir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında