Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci konqresi Bakıda keçiriləcəkdir

İslam Konfransı Gənclər Forumunun Bakı regional ofisindən bildirmişlər ki, Braziliyanın Rio-de-Janeyro şəhərində başa çatmış BMT Sivilizasiyaların Alyansının III Forumunda Sivilizasiyaların Alyansı Uğrunda Qlobal Gənclər Hərəkatının (SAUQGH) fəaliyyətini müəyyənləşdirən konsepsiya qəbul edilmişdir.
SAUQGH 2009-cu ilin aprelində İstanbulda keçirilmiş BMT Sivilizasiyaların Alyansının II Forumunda təsis edilmişdir.
Forumda qəbul edilmiş Rio-de-Janeyro Bəyanatında Hərəkatın birinci konqresinin cari ilin sonunda Bakıda keçirilməsi təsdiqlənmişdir. Hərəkatın forum çərçivəsində qəbul edilmiş konsepsiyasında qeyd edilir ki, bu qərar 2007-ci ildə Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ev sahibliyi ilə təşkil olunmuş yüksək səviyyəli konfransda irəli sürülmüş "Gənclər Sivilizasiyaların Alyansı Uğrunda" (YAOC) təşəbbüsünün həyata keçirilməsinin nəticəsidir. Həmin konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi və alyanslararası münasibətlərdə mövcud gərginliyin aradan qaldırılması üçün beynəlxalq səylərin dayağı olacaq qlobal gənclər hərəkatı təşəbbüsünü irəli sürmüşdü. Bu təşəbbüs konfransın yüksək səviyyəli qonaqları, o cümlədən BMT Sivilizasiyaların Alyansının prezidenti Xorxe Sampayo və Qətərin birinci xanımı Şeyxa Moza tərəfindən də dəstəklənmişdir.
Qərarla əlaqədar İKGF-nin baş katibi Elşad İsgəndərov AzərTAc-a bildirmişdir ki, 2008-2009-cu illərdə İslam Konfransı Gənclər Forumu tərəfindən BMT Sivilizasiyaların Alyansının katibliyi daxil olmaqla Avropa, Asiya, Afrika və Latın Amerikasının regional gənclər platformaları ilə birgə bu təşəbbüsün dünya gənclərini səfərbər edə biləcək genişmiqyaslı beynəlxalq hərəkata çevrilməsi üçün müvafiq danışıqlar aparılmışdır. Keçən ilin aprelində Alyansın gənclər siyasətinin həyata keçirilməsi məqsədi ilə BMT nəzdində Gənclərin Məşvərət Şurası (Youth Advisory Committee) yaradılmışdır və buraya İKT ölkələri gənclərini təmsil edən İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva seçilmışdir. İstanbulda Leyla xanım Əliyeva tərəfindən Alyansın III Forumunadək hərəkatın fəaliyyətinin detallarının razılaşdırılması və onun birinci konqresinin 2010-cu ildə Bakıda keçirilməsi təklifi təsdiqlənmişdir.
Razılaşdırma prosesi Rio-de-Janeyro Forumuna qədər işgüzar şəkildə aparılmış və Forumun nəticəsində Hərəkatın konsepsiyası qəbul edilmiş, həmçinin BMT Sivilizasiyaların Alyansının rəsmi təşəbbüsü kimi 2010-cu ildə Bakı konqresinin keçiriləcəyi elan olunmuşdur. Bu işdə Rio-de-Janeyro Forumunda fəal iştirak etmiş Azərbaycanın Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi nümayəndələrinin rolunu və dəstəyini xüsusi qeyd etmək istəyirəm.
Qeyd edək ki, hər il keçirilən Sivilizasiyaların Alyansı Forumu hazırda Türkiyə və İspaniyanın həmsədrlik etdikləri BMT təşəbbüsünün ən ali qurumu sayılır. Alyansın fəaliyyəti BMT-nin 90-dan artıq üzv ölkəsindən və digər aparıcı beynəlxalq təşkilatlardan ibarət Dostlar Qrupu tərəfindən dəstəklənir. Rio-de-Janeyro Forumuna dünyanın müxtəlif ölkələrindən 2000-dən artıq nümayəndə, Braziliya, Türkiyə, İspaniyanın hökumət rəhbərləri daxil olmaqla, nazirlər, mədəniyyət və din xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və gənc liderlər qatılmışlar. Alyansın növbəti Forumunun 2011-ci ildə Qətərdə keçirilməsi planlaşdırılır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında