BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Milli Məclisdə olmuşdur

İyunun 1-də Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Regional Bürosunun direktor müavini Qilyermo Bettoççi ilə görüşmüşdür.
Qonağı səmimi salamlayan R.Aslanova ona Milli Məclisin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi barədə ətraflı məlumat vermişdir.
Komitə sədri bildirmişdir ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur. Ölkənin hər 9 vətəndaşından biri qaçqın və məcburi köçkün taleyi yaşayır. R.Aslanova qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması üçün görülən işlərdən danışmışdır. Komitə sədri bundan sonra BMT-də qaçqın və məcburi köçkünlərlə bağlı hazırlanan sənəd və hesabatlarda azərbaycanlı qaçqınların taleyinin də ətraflı qeyd olunması ilə bağlı fikirlərini qonağın diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrildikdən sonra dünyanın bir sıra dövlətlərindən ölkəmizə miqrantlar gəlir. Bunların arasında Əfqanıstan, Pakistan, İraqdan gələn insanlar vardır ki, Azərbaycan dövləti onlara kömək məqsədi ilə hər cür yardımlar edir.
Ətraflı məlumat üçün təşəkkür edən Qilyermo Bettoççi bildirmişdir ki, tutduğu vəzifəyə yeni təyin edilmişdir. O demişdir ki, əsas işi Şərqi Avropa və Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaqdır. Fəaliyyətini qaçqın həyatı yaşayan insanların problemlərinin davamlı həllinin tapılmasına həsr edəcəyini vurğulayan Q.Bettoççi bu gəlişinin bölgəyə ilk səfəri olduğunu söyləmişdir. Qonaq demişdir ki, biz əlimizdən gələni etməliyik ki, gələcəyin vətəndaşları qaçqın və məcburi köçkün taleyi yaşamasınlar, uşaqlar çadır şəhərcikləri görməsinlər.
Görüşdə Azərbaycanda miqrasiya sahəsində əldə edilən uğurlar, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, qaçqın uşaqların təhsili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında