Azərbaycanın Baş naziri Qırğızıstan Prezidenti ilə görüşmüşdür

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev martın 30-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.
Görüşdə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ölkəmizə səfərindən məmnun qaldığını bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ilə apardığı danışıqları yüksək qiymətləndirən Qırğızıstan dövlətinin başçısı bu danışıqların bütün sahələrdə ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əmin olduğunu demişdir. Prezident Almazbek Atambayev Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı iqtisadi əməkdaşlığın perspektivlərindən söhbət açaraq, iki dövlətin işgüzar dairələrinin mövcud əlaqələrinin inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu diqqətə çatdırmışdır.
Baş nazir Artur Rasizadə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə məlumat vermişdir. Baş nazir Prezident Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcəyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında