Prezident Administrasiyası: Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər" sülhyaratma proseslərinə mənfi təsir göstərir

Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi "seçkilər" sülhyaratma proseslərinə mənfi təsir göstərir.
"Trend"in məlumatına görə, bu fikri cümə axşamı jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir: "Dağlıq Qarabağda heç kim tərəfindən tanınmamış qondarma bir rejim, orada keçirilən hər hansı tədbir, o cümlədən siyasi aksiya qeyri-qanuni olmaqla bərabər, sülhyaratma proseslərinə mənfi təsir göstərir. Biz bununla əlaqədar ATƏT-ə və digər beynəlxalq təşkilatlara öz haqq səsimizi çatdırmışıq. Xarici dövlətlər də, ATƏT-in Minsk qrupunun üzvləri də hər zaman bu kimi addımları birmənalı olaraq pisləmişlər".
Qeyd edək ki, yayda Dağlıq Qarabağın qondarma rejimi "prezident seçkisi" keçirmək niyyətindədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında