Azərbaycanlıların soyqırımına həsr olunmuş abidə kompleksinin və ya muzeyin yaradılması məsələsi müzakirə olunur

Azərbaycanlıların soyqırımına həsr olunmuş ümumi abidə kompleksinin və ya muzeyin yaradılması ilə bağlı təşəbbüs vardır. Bu, hazırda Prezident Administrasiyasında öyrənilir, müvafiq qurumlar tərəfindən qiymətləndirilir. 
Bu sözləri martın 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Əli Həsənov soyqırımına aid abidə kompleksinin və ya muzeyinin harada yaradılacağı və bununla bağlı müsabiqənin elan edilməsi məsələlərinin müzakirə olunduğunu bildirmişdir. Məsələ ilə bağlı hələlik qərarın verilmədiyini deyən şöbə müdiri vurğulamışdır ki, milli yaddaşın formalaşdırılması, tarixi keçmiş, bu gün və gələcək arasında əlaqə yaratmaq, bu soyqırımı haqqında ictimai fikrin formalaşması üçün belə bir abidə kompleksinin və ya muzeyin yaradılması vacibdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında