Rəcəb Tayyib Ərdoğan Barak Obama ilə Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etmişdir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasının paytaxtı Seulda Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etmişdir.
R.T.Ərdoğan jurnalistlərə bildirmişdir ki, ABŞ Prezidentinə ATƏT-in Minsk qrupunun artıq 20 ildir vasitəçilik missiyasını davam etdirdiyini və bu günədək heç bir konkret nəticə əldə olunmadığını söyləmişdir. Baş nazir demişdir: "Problemin həlli üçün Azərbaycan ilə birlikdə səylərin artırılması məsələsində Türkiyə də üzərinə düşəni edə bilər. Lakin ABŞ, Rusiya və Fransa da Ermənistana təsir etməlidirlər".
Türkiyənin Baş naziri ABŞ Prezidentinin diqqətinə onu da çatdırmışdır ki, qondarma "erməni soyqırımı" məsələsində tarixçilərin işinin parlamentlər və siyasi arenada görülməsi də düzgün deyildir.
B.Obama bu fikirlə razılaşmış və özünün də bundan narahat olduğunu dilə gətirmişdir.
Türkiyənin Baş naziri demişdir ki, mən aprel ayında bu məsələnin yenidən Konqresin gündəliyinə salınmamasının zəruriliyini də söylədim.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında