NATO: Dağlıq Qarabağ münaqişəsi ən qısa müddətdə və beynəlxalq hüquqa riayət edilməklə həll olunmalıdır

NATO-nun Dağlıq Qarabağ münaqişəsində iştirak etmək niyyəti və planları yoxdur, hətta hazırda Minsk qrupunun himayəsi altında aparılan sülh prosesində də iştirak etmir. Trend-in məlumatına görə, bu alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturaya istinadən NATO-nun Community.org saytı xəbər yayıb.
"Minsk prosesinin gedişi ilə bağlı narahatlıq mövcuddur. Biz burada, NATO-nun mənzil-qərargahında son bir neçə həftədə iki prezidentdən (Azərbaycan və Ermənistan) onların prosesə və Dağlıq Qarabağ böhranının dinc yolla nizamlanmasına tərəfdar olduqlarını eşitdik. Lakin reallıq belədir ki, Minsk prosesində xüsusilə son vaxtlar çətinliklər müşahidə olunur".
Ceyms Appaturay hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regionuna beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən layiq olduğu diqqət göstərilmir.
Cənubi Qafqaz öz coğrafi mövqeyinə, potensialına və enerji təchizatındakı roluna görə həlledici strateji əhəmiyyətə malikdir.
"Bu münaqişənin (Dağlıq Qarabağ) ən qısa müddətdə və beynəlxalq hüququn prinsiplərinə riayət olunmaqla həll edilməsi vacibdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında