Azərbaycan müdafiə naziri İran Prezidenti ilə görüşmüşdür

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev martın 12-də İran İslam Respublikasına səfər çərçivəsində Prezident Mahmud Əhmədinejad ilə görüşmüşdür.
Qonaqpərvərliyə və qəbula görə minnətdarlığını bildirən müdafiə naziri S.Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırmış və bildirmişdir ki, ölkələrimiz arasında hərtərəfli inkişaf xətti bundan sonra da qorunacaqdır.
Səmimi salamlara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən İran Prezidenti onun da salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırılmasını xahiş etmişdir.
Görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında həlli mümkün olmayan heç bir məsələ yoxdur.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov görüşdə iştirak etmişdir.

{nl}

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında