Əli Həsənov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmasa, heç bir beynəlxalq təşkilat bu sahədə ciddi irəliləyişə nail ola bilməyəcək"

"Ümid edirik ki, Rusiya yeni prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair indiyə qədər göstərdiyi səyləri bir qədər də artıracaq, onları daha da səmərəli edəcək".
APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov demişdir:
"Çünki Rusiya bu işə əl qoymasa, münaqişənin həlli istiqamətində səylərini artırmasa, nə ATƏT, nə onun Minsk qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu sahədə ciddi irəliləyişə nail ola biləcək. Çünki Rusiyanın Ermənistan üzərindəki təsiri həddindən artıq çoxdur".
Ə. Həsənov bildirmişdir ki, Rusiya faktiki olaraq siyasi, iqtisadi, sosial, hərbi və digər məsələlərdə Ermənistan üzərində mühüm təsir qüvvəsinə malikdir: "Rusiya Ermənistana təsirli təzyiq göstərməklə, bu ölkəni konstruktiv istiqamətə yönəldə bilər. Biz Ermənistandan çox şey istəmirik. Sadəcə, danışıqlarda konstruktiv mövqeyə yaxınlaşsın. Ermənistanın öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmasını, Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlıların vətəndaş, milli, etnik hüquqlarının bərpası üçün Azərbaycana şərait yaratmasını istəyirik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında