Tahir KƏRİMLİ: Azərbaycanda müxalifətçilik əvvəldən əyri əsaslarla qoyulub

Azərbaycan Vəhdət Partiyasının sədri son dövrdə müxalifətin birləşmə səylərinin uğursuzluqla nəticələnməsinin səbəbini müxalifətçiliyin fundamentinin düzgün qoyulmaması ilə əlaqələndirir.
"Müxalifətçilik əvvəldən əyri əsaslarla qoyulub. Ona görə də müxalifətin həmişə məğlubiyyətə uğrayacağı göz qabağındadır", - bunu cümə günü Trend-ə Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, müxalifət liderləri bir-birinə səmimi münasibətdə deyillər: "Onlar hətta imkan olanda bir-birlərini gözdən salmağa meyillidirlər. Belə qeyri-səmimilik var və bunu ictimaiyyət görür. Ona görə də bunların birlik modellərinin səmimi olduğu qənaətinə gəlmək mümkün deyil".
T.Kərimli daha sonra bildirib ki, müxalifət funksionerləri bir-birlərini ittiham etməkdə davam edirlər: "Ona görə də mən deyərdim ki, müxalifətin birliyi həm təşkilat kimi, həm də lider kimi alınası deyil və hətta birgə tədbir keçirmələri belə qaranlıqdır. Yəni, bunlar təşkilatı öz nüfuzları ətrafında qurmaq istəyirlər. İstəyirlər ki, hər kəs onları qəbul edib, onların ətrafında birləşsin. Ona görə də müxalifətin birlik modelləri uğursuzluqla üzləşir".
Qeyd edək ki, bir müddət öncə müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlamışdı. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanmışdı. Azərbaycan Milli İstiqlal Partiyası da eyni təşəbbüslə çıxış etmişdi.
Lakin "Qarabağ" blokunun bu təşəbbüsü digər partiyalar tərəfindən müsbət qarşılanmayıb. Məktub ünvanlanan partiyalar hələ məktubun onlara çatmadığını deyərək münasibət bildirməkdən imtina ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında