Azay Quliyev: "Bəzi qeyri-hökumət təşkilatları Azərbaycanın milli maraqlarını deyil, xarici donorların sifarişlərini əsas götürürlər"

"Bəzi qeyri-hökumət təşkilatları fəaliyyətləri zamanı Azərbaycanın milli maraqlarını deyil, xarici donorların verdiyi sifarişləri əsas götürürlər".
Bunu APA-ya açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Şura sədri bildirib ki, bu durum Azərbaycanın milli və dövlət maraqlarına ziddir: "Əlbəttə, birmənalı şəkildə xaricdən maliyyələşən bütün QHT-ləri əcnəbilərin maraqlarına xidmət edən qurumlar kimi dəyərləndirmək olmaz. Çünki QHT-lərin 95 faizinin xarici donorlardan maliyyələşən layihələri var. Bu mənada onların haqqında ədalətli düşünmüş olmarıq. Amma fəaliyyətlərində milli maraqları nəzərə almayanlar da var. Bu, sirr deyil".
A. Quliyev qeyd edib ki, bu cür şəxslər vətəndaş mövqeyini unutmamalıdırlar: "Onlar bilməlidirlər ki, bu fəaliyyət vətəndaşı olduqları ölkəsinin ziyanına işləyir. Onların fəaliyyətini məhdudlaşdıran mexanizm yoxdur. Burada yalnız ictimai qınaq rol oynaya bilər. Əlbəttə, ciddi təhlükəsizlik məsələsi ortaya çıxarsa, hüquq-mühafizə orqanları müdaxilə edər".
A. Quliyevin sözlərinə görə, həmin təşkilatlar şuranın elan etdiyi maliyyə dəstəyindən də kənarda qalmırlar: "Biz onların da layihələrinə maliyyə dəstəyi veririk. Onlara şuranın bütün büdcəsini versən də xeyri yoxdur. Bu yolun yolçusu öz işindən kənarlaşmayacaq. Bu, vətəndaşlıq mövqeyidir, təfəkkür, dövlətə və millətə bağlılıq məsələsidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında