Milli Məclisin yaz sessiyası başa çatmışdır

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilmişdir. İclasda bir sıra qanunlara əlavələr və dəyişikliklər edilmişdir.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim etmişdir. O bildirmişdir ki, bu dəyişikliklər hava nəqliyyatında nəzarətin, nizam-intizamın gücləndirilməsinə, vətəndaşların təhlükəsizliyinin daha yüksək səviyyədə təşkilinə xidmət edəcəkdir. Məcəlləyə edilən dəyişikliklərdə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların pozulmasına görə nəzərdə tutulmuş cərimələrin miqdarı da artırılmışdır.
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər isə əməliyyat-axtarış tədbirləri zamanı istifadə olunan avadanlığın siyahısının və texniki göstəricilərinin dəqiqləşdirilməsi ilə bağlıdır.
İclasda, həmçinin "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında", "Milli arxiv fondu haqqında", "Əmək pensiyaları haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlara əlavələr və dəyişikliklər edilmiş, Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunmuşdur. Bununla da iclas başa çatmışdır.
Parlamentin sədri Oqtay Əsədov demişdir ki, 84 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılması təklifi ilə rəhbərliyə müraciət etmişdir. Növbədənkənar sessiyanın çağırılması barədə deputatlara əlavə məlumat veriləcəkdir.
Bununla da Milli Məclisin yaz sessiyası öz işini başa çatdırmış, Azərbaycanın dövlət himni səsləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında