Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlov Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə nizamlanmasını real hesab edir

Rusiya Federasiyasının Dövlət Dumasının sədri Boris Qrızlov bəyan etmişdir ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin yaxın perspektivdə nizamlanması üçün bütün şanslar vardır.
Mayın 31-də Yerevanda keçirdiyi mətbuat konfransında B.Qrızlov demişdir: "Hazırda kifayət qədər aydın addımların nəzərə çarpdığını - pespektivin olduğunu söyləmək olar. Yaxın vaxtlarda Dağlıq Qarabağda vəziyyəti nizamlamaq üçün lazımi qərarlar qəbul olunacaqdır".
Qeyd edək ki, Dövlət Dumasının sədri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası Şurasının növbəti iclası çərçivəsində Ermənistanda birgünlük səfərdədir.
B.Qrızlov qeyd etmişdir ki, hələlik bu mövzuda çox ətraflı danışmaq istəmir, çünki Dağlıq Qarabağda vəziyyət çox həssasdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında