Əli HƏSƏNOV: Xocalı soyqırımı ilə bağlı və fransızların qəbul etdiyi qanuna qarşı birgə dirəniş Türkiyə və Azərbaycan rəhbərlərini razı salmışdır

Xocalı soyqırımı ilə bağlı və fransızların qəbul etdiyi qanuna qarşı birgə dirəniş Türkiyə və Azərbaycan rəhbərlərini razı salıb. Bu fikri bazar ertəsi "Trend"ə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir:
"Keçən həftə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə televiziyasına müsahibə verib və Türkiyədə Xocalı soyqırımı ilə bağlı Xocalı anım tədbirinin keçirilməsinə verdiyi dəstəyə görə Türkiyə ictimaiyyətinə, Türkiyənin bütün ictimai-siyasi xadimlərinə Azərbaycan hökumətinin minnətdarlığını çatdırıb. Həmin tədbirlərdə vurğulanıb ki, Türkiyə və Azərbaycan eyni maraqlara və məqsədlərə xidmət edən iki qardaş dövlətdir, bu dövlətlərin əhalisi bir milləti təmsil edir və eyni maraqlar üzrə fəaliyyət göstərir, indiyə qədər necə olubsa, bundan sonra da bərabər istiqamətdə fəaliyyət göstərəcəklər".
Administrasiya rəsmisi bildirib ki, eyni zamanda, Prezident İlham Əliyev Fransada qəbul olunmuş antitürk qanunun Senatda ləğv olunması istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər haqqında bir daha məlumat verib, hər iki ölkənin bu istiqamətdə əlaqələndirilmiş formada fəaliyyətinin müsbət nəticə verdiyini qeyd edib.
Martın 3-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və bütün bu işlərə görə ona təşəkkürünü bildirib, Türkiyə hökumətinin minnətdarlığını çatdırıb və Türkiyə tərəfi də hesab edir ki, Fransanın "soyqırım" haqqında qanununun qarşısının alınmasında Azərbaycan hökumətinin, Azərbaycan ictimaiyyətinin, dünyada yaşayan azərbaycanlıların, Azərbaycan Parlamentinin, xüsusən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun mühüm xidmətləri olub, Fransa dostluq qrupu ilə mühüm işlər aparıblar. Bütün bunlara görə Türkiyə hökuməti Azərbaycana öz minnətdarlığını çatdırıb.
Əli Həsənov daha sonra demişdir: "Həmçinin bundan sonrakı birgə fəaliyyət haqqında, türk dünyasının digər yaraları, bu tipli hadisələrin birgə dünya ictimaiyyətinə çatdırılması, tanıdılması istiqamətində Azərbaycan dövlətinin və Türkiyə hökumətinin başçısı arasında geniş fikir mübadiləsi olub və gələcək fəaliyyətin koordinasiyası ilə bağlı fikirlər söylənilib".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında