ABŞ Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsini yüksək qiymətləndirir

Mayın 31-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Selest Uolander ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, S.Uolander Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, habelə Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulamış və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirmişdir.
E.Məmmədyarov Azərbaycanın ABŞ ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini qeyd etmişdir.
Nazir ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik sahəsinə deyil, həmçinin, humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə də töhfə verdiyini bildirmişdir.
Görüşdə birgə maraq doğuran ikitərəfli, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında