Rusiya azərbaycanlılarından Vladimir Putinə dəstək

Aksiyada Rusiyanın tanınmış azərbaycanlı iş adamları Araz Ağalarov, Telman İsmayılov, Fərhad Əhmədov, İsgəndər Xəlilov və Azərbaycan Baş nazirinin sabiq müavini Abbas Abbasov da iştirak etmişlər.
Moskvada Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək konserti keçirilmişdir.. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Lujniki" İdman Konsert Kompleksində keçirilən konsertə Rusiyanın tanınmış azərbaycanlı iş adamları - Araz Ağalarov, Telman İsmayılov və oğlanları Ələkbər və Sərxan İsmayılovlar, Fərhad Əhmədov, İsgəndər Xəlilov və Azərbaycan Baş nazirinin sabiq müavini Abbas Abbasov qatılmışlar..
Tədbirdə Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vasili İstratov, İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman, Rusiya Dövlət Dumasının deputatı Ramzan Abdullatifov və Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər. V. Putinə dəstək konserti "Rusiyada azərbaycanlılar Vladimir Putini seçir" şüarı altında keçirilmişdir. Konsertdə Rusiyanın estrada ulduzları, SSSR xalq artisti İosif Kabzon, Dmitri Malikov, "Respublika" qrupu, "Bolşoy Teatr"ın solistləri Elçin Əzizov və Dinara Əliyeva, "Fabrika", "Slivki", "Nepara", "Lazurnı bereq" qrupları, Aleksey Çumakov, "Eurovision-2011"in qalibləri Nigar Camal və Eldar Qasımov, "Eurovision 2010"un iştirakçısı Safurə Əlizadə və Aygün Kazımova çıxış etmişlər. Üç min tamaşaçının iştirak etdiyi konsertdə "Rusiyada azərbaycanlılar Vladimir Putini seçir", "Rusiyanın bütün azərbaycanlıları - Putin üçün birləşin!", "Rusiya azərbaycanlıları Vladimir Putinin milli siyasətinin tərəfdarıdır" şüarları səsləndirilmişdir..
ÜAK İdarə Heyətinin üzvü Abbas Abbasov çıxışında Rusiya-Azərbaycan münasibətlərindən danışmışdır.: "Vladimir Putin 2000-ci ildə prezident seçiləndən sonra Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoydu. Hal-hazırda iki dövlət arasında mövcud olan münasibətlərin əsası həmin vaxtdan qoyulmuşdur. Bu gün hər iki dövlət arasında dostluq münasibətləri var". A. Abbasov Rusiyada yaşayan azərbaycanlıların Vladimir Putini dəstəkləyəcəyini söyləmişdir..
Qeyd edək ki, martın 4-də Rusiyada prezident seçkiləri keçiriləcək. Seçkilərdə hazırkı baş nazir Vladimir Putin, kommunistlərin lideri Gennadi Züqanov, liberal demokrat Vladimir Jirinovski, "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov və iş adamı, milyarder Mixail Proxorov mübarizə aparırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında